IQNA

Kanadanın Kvebek şəhərində müsəlmanlar üçün qəbiristanlıq tikilməsinə icazə verildi

8:58 - August 06, 2017
Xəbər sayı: 3481940
Kanadanın Kvebek əyalətinin Kvebek şəhər meri dünən, 5 Avqust 2017-ci il, mətbuat konfransı keçirərək müsəlmanların da özlərinə aid qəbiristanlığa sahib olacaqlarını xəbər verdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Kvebek əyalətinin Kvebek şəhər meri dünən, cari həftənin şənbə günü, 5 Avqust 2017-ci il, mətbuat konfransı keçirərək müsəlmanların da özlərinə aid qəbiristanlığa sahib olacaqlarını xəbər verdi.

O bu xəbər konfransında elan edib ki, bundan sonra müsəlmanlar şəhərin Came məscidinin yanında torpaq alaraq özləri üçün qəbiristanlıq sala bilərlər.

Müsəlmanlar üçün qəbiristanlıq yerinin ayırılmasının ilk layihəsi şəhər şurasında ilk iclasında 35 rəydən 19 müxalif rəy qazandığı üçün qəbul olunmamışdı.

Müsəlmanlar isə 20 il intizarda qaldıqdan və məsələnin yenidən şuranın iclasına göndərilməsindən sonra, dünən, cari həftənin şənbə günü, 5 Avqust 2017-ci il, şəhər şurası qəbiristanlığın salınması barədə qərar qəbul edib.

Müsəlmanlara məxsus qəbiristanlıq üçün 5700 kv.metr yer ayrılmışdır ki, bu ərazi 270 min dollara başa gəlmişdir.

Müsəlman qəbiristanlığının salınması layihəsinin məsulu Bufilca ibn Abdullah bu barədə deyib: Müsəlman ailələri bundan sonra öz əzizlərinin onlardan uzaq yerlərdə dəfn olunması nigarançılığını keçirməyəcəklər.

http://iqna.ir/fa/news/3626703


Teqlər: iqna ، kanada ، kvebek ، qəbiristanlıq
captcha