IQNA

Kərbəlanın qərbində terror aktı baş verib

11:26 - August 13, 2017
Xəbər sayı: 3481962
İraqlı mənbələr Kərbəla vilayətinin qərbində içərisinə bomba yerləşdirilmiş avtomobil partladılmasından xəbər veriblər.

Kərbəlanın qərbində terror aktı baş verib

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, dünən gecə İraqın Kərbəla vilayətinin qərbində bir komikadze idarə etdiyi avtomobili partladıb.

Bu partlayışdan sonra hadisə yerində terrorçularla təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar baş verib. Yerli qaynaqların bildirdiklərinə görə, avtomobil sement zavodunun yaxınlığında partladılıb.

Terrorçu İŞİD qrupu bu partlayışın məsuliyyətini öz üzərinə götürüb.

İŞİD terrorçuları xüsusiylə Neynəva vilayətində iraqlı qüvvələr qarşısında ağır məğlubiyyətlərindən sonra kor partlayışlara, İraqın müxtəlif şəhərlərində mülkilərə qarşı hücumlara üz tutublar.

Teqlər: iqna ، quran ، İslam ، kərbəla ، partlayış ، məscid
captcha