İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.İnfo-a istinadla xəbər verir ki, məscid 1456-cı ildə osmanlıların hücumundan sonra "Basilica" kilsəsinin dağıntıları üzərinə tikilib.
Məscid 1824-cü ildə yunanıstanlı inqilabçılar tərəfindən məktəb kimi isitfadə edilib.
Yunanıstan müstəqilik əldə etdikdən sonra hərbi məhbusların saxlanma yeri və daha sonra çörək sexi kimi istifadə olunub.
20-ci əsrin əvvəllərində məscidin binasından arxeoloji qazıntılar zamanı kəşf olmuş əşyaların saxlanma yeri kimi istifadə olunub.
2010-cu ildə Yunanıstanın Mədəniyyət Nazirliyinin göstərişi ilə arxeoloji qazıntılar zamanı kəşf olmuş əşyalar məsciddən boşaldılıb və məsciddə təmir-bərpa işləri həyata keçirilib və artıq məscid kimi fəaliyyətə başlayıb.