IQNA

İşğalçı İsrail rejimi `Nikbət` günü münasibətilə keçiriləcək anım mərasimlərini qadağan edib

7:18 - August 18, 2017
Xəbər sayı: 3481982
İşğalçı sionist rejim elan edib ki, İsrail hərbiçiləri tərəfindən Fələstinin işğal olunması günü - “Nikbət” günü - münasibətilə mərasimlər keçirən müəssisə və qurumlar ağır cərimələnəcək.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,ağır cərimələr "Nikbət" günü münasibətilə hər növ tədbir və mərasim keçirən fələstinlilərə də şamil olunacaq.
İsrail Knessetinin üzvü Camal Zahalka deyib ki, İsrailin bu addımı demokratiya və söz azadlığının ən sadə prinsiplərinə belə ziddir. "Sionist rejim irqçidir və buna görə də yalnız ərəblər və ərəblərə məxsus müəssisə və qurumları hədəfə alır”.
"Nikbət qanunu” kimi tanınına bu qanun 2011-ci ildə təsdiq olunub. Son günlər sionist rejim rəsmiləri bu qanunun icrası ilə bağlı müzakirələr aparıb. Qanunda göstərilir ki, "İsrail dövlətini” qəbul etməyən hər bir müəssisə və quruma ən ağır cərimələr tətbiq olunsun. Bu qanuna görə, sionist rejimə qarşı hər bir addım, o cümlədən "Nikbət" günü mərasimlərinin keçirilməsi cinayət hesab olunur və bu "cinayəti” törədənlər ağır cərimələnməlidir.
1948-ci ilin mayın 15-də yeni yaranmış işğalçı İsrail rejimi 800 min fələstinlini 530 şəhər və qəsəbədən və 662 kəndən çıxararaq məcburi qaydada onları köç etməyə vadar edib. Elə bu gündə də Britaniya əsgərlərini Fələstindən çıxarıb. Bu addımlardan sonra yəhudilərin kütləvi şəkildə Fələstin torpaqların axını və onların orada yerləşdirilməsi əməliyyatları həyata keçirilib. Sonradan BMT Fələstin torpaqlarının təxliyəsi ilə bağlı verdiyi 181, 194, 242, 338 nömrəli qəraralara baxmayaraq, İsrail işğal edilmiş əraziləri genişləndirib və orada yeni yaşayış massivləri inşa edib. Fələstinlilər bu günü "Nikbət" (fəlakət) günü kimi qeyd edir.
Fələstin köçkünlərinin sayı 5 milyondan artıqdır. Onlar əsasən İordaniya, Livan, Suriya, Misir, Səudiyyə Ərəbistanı və digər ölkələrdə yaşayır./maide.info/

Teqlər: iqna ، fələstin ، israil ، nikbət günü
captcha