İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Sionist rejim polisinin sözçüsü Luba Səməri bu gün deyib ki, bu rejim qüvvələri əlində bıçağı olduğu deyilən fələstinli yeniyetmə Qətiyə Ziyad Yusif Zəhrana atəş açıblar.
Sionist rejim hərbçiləri dünən axşam da İordan çayının qərb sahilinin şimalında Nablosun cənubunda bir təhlükəsizlik mərkəzində yerləşən sionist hərbçilərdən birinə bıçaqla hücum etmək niyyətində olduğunu iddia edərək bir fələstinlini şəhid ediblər.
sionist rejim hərbçiləri 2015-ci il oktyabr ayından Qüds intifazəsinin başlandığı gündən indiyədək 370 fələstinlini şəhid ediblər.