İQNA (Beynəxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, peyk görüntüləri Səudiyyə Ərəbistanının Əl-Qətif vilayətində şiə sakinli Əl-Əvamiyyə şəhərinə qarşı Səudiyyə rejiminin hərbi əməliyyatları nəticəsində yaranmış geniş dağıntılardan xəbər verir.
Stratfor internet portalının yaydığı peyk görüntüləri Əl-Əvamiyyədə Səudiyyə təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində törədilən dağıntıların geniş miqyasda olduğunu göstərir. Həmin görüntülərə görə, Əl-Əvamiyyə şəhərinin Əl-Məsurə məhəlləsinin bir hissəsində binalar tamamiylə dağıdılıb.