IQNA

Həzrət Ayətullah Hairi Şirazi:

ƏMƏL; hamının anladığı bir dil

18:53 - August 24, 2017
Xəbər sayı: 3482020
Hamının anlaya biləcəyi, hətta sənin dilində danışa bilməyənlərin çox asan başa düşəcəyi bir dil var: ƏMƏL dili. İŞİD əməli ilə deyir ki, İslam rəhmət, mürüvvət və insaf dini deyil, zorakılıq dinidir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ayətullah Üzma Hairi Şirazinin tələbələri tərəfindən yaradılmış teleqram kanalına (https://t.me/haerishirazi) istinadla verdiyi xəbərə görə, Qum Ali Dini Elmi Hövzəsinin ustadı əxlaq dərslərinin birində buyurub:

ƏMƏL dili elə bir dildir ki, hamı bu dili anlayır, başa düşür. Avstriya şiələrinin rəhbəri cənab Lunser müharibə illərində İrana gəlmişdi. Dostlarımız onu cəbhəyə aparmışdılar ki, döyüşçülərimiz ilə görüşsün. Əsgərlərimiz onun yanında protağal soyurlar və qabığını oturduqları çadırdan çölə atırlar.

Lunser onlara deyir: Siz kimsənin anlamadığı bir dildə deyirsiz ki, "paklıq İslamdan və imandandır". Hamı hamının anladığı bir dil ilə deyirsiniz ki, "təmizlik İslamdan deyil".

Bu çox dərin sözdür. Hamının anladığı dil ƏMƏL dilidir. İŞİD əməli ilə deyir ki, İslam rəhmət, mürüvvət və insaf dini deyil, zorakılıq, qabalıq və kobudluq dinidir.

Qeyd edək ki, Ustad Ayətullah Hairi Şirazinin teleqram kanalı onun əsərlərinin qorunması və yayılması dəftərxanasının nəzdində və tələbələri tərəfindən fəaliyyət göstərir. Bu kanalda müxtəlif ictimai, əxlaqi və etiqadi mövzularda maraqlı paylaşımlar mövcuddur.

http://www.iqna.ir/fa/news/3629370


Teqlər: iqna ، İman ، İslam ، təmizlik ، peyğəmbər ، ülgü ، ƏmƏl
captcha