IQNA

Amerikanın yəhudi xaxamları Trampa etiraz olaraq illik iclaslarını ləğv etdilər

7:47 - August 26, 2017
Xəbər sayı: 3482036
Yəhudi xaxamları Amerika prezidenti Donald Trampın radikal irqçi siyasətlərinə etiraz əlaməti olaraq illik iclaslarını ləğv etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəhudi xaxamları Amerika prezidenti Donald Trampın radikal irqçi siyasətlərinə etiraz əlaməti olaraq illik iclaslarını ləğv etdilər.

Yəhudi xaxamları bu addımı Amerika prezidenti Donald Trampın Virciniya əyalətinin Çarlottesville şəhərində baş verən irqçi hadisəyə laqeyd münasibətinə və yanlış reaksiyasına görə atıblar.

Qeyd edək ki, Virciniya əyalətinin Çarlottesville şəhərində ağdərili amerikalılar irqçilik zəmnində bir qadını maşın ilə vurub öldürdüblər.

Amerika prezidenti Donald Tramp isə bu hadisəyə reaksiya bildirərkən hər iki tərəfi sıradan vətəndaş kimi tənqid edib, amma "KKK" (Ku Klux Klan) və "neonazi" kimi irqçi dəstələri məhkum etməyib.

http://www.iqna.ir/fa/news/3634229


Teqlər: iqna ، amerika ، donald tramp ، neonazi ، irqçi
captcha