IQNA

İŞİD Brüssel terror hücumunun məsuliyyətini üzərinə götürüb

10:15 - August 27, 2017
Xəbər sayı: 3482039
İŞİD terror qrupu dünən gecə Belçikanın paytaxtı Brüsselin mərkəzində törədilmiş hücumun məsuliyyətini üzərinə götürüb.

İŞİD Brüssel terror hücumunun məsuliyyətini üzərinə götürüb

Bir hücumçu şəxs dünən gecəBrüssel şəhərininmərkəzində bıçaqla patrul keçməkdə olan iki əsgərə hücum edərək, onları yaralayıbdır.

Hücumçu şəxs sonrapolis tərəfindən atəşə tutularaq, öldürülüb.

Dünən gecə Belçikanın paytaxtı Brüsselin mərkəzində baş vermiş terrorhücumu elə bir halda törədilibdir ki, Avropa son aylarda dəfələrlə terror hücumlarına məruz qalır.

Avqustun 17-də də İspaniyanın Barselona şəhərinin mərkəzi olan "Las Ramblas" məntəqəsindəbir sürücü avtomobilini əhalinin üstünə sürərək, onlarla nəfəri basmışdı.

İspaniyanın Katolina məntəqəsinin başçıları bildiriblər ki, bu terror hücumunda 13 nəfər ölüb, 100-dən çox insan da yaralanıbdır.

İŞİD-in məsuliyyətini üzərinə götürdüyü bu hücumdan az sonra Barselona şəhərində yerləşən bir mənzil də partladı ki, nəticədə bir nəfər həlak oldu.

Teqlər: İŞİd ، brüssel ، iqna ، terror ، belçika
captcha