IQNA

İSESCO Taşkəndin İslam universitetində dərs proqramı icra edəcək

13:04 - August 27, 2017
Xəbər sayı: 3482042
İSESCO (İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatı) Özbəkistanın paytaxtı Taşkəndin İslam universitetində "İslam Mədəniyyəti" adlı dərs proqramını universitetin dərs fənlərinin siyahısına saldırıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, İSESCO (İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatı = Islamic Educational Scientific and Cultural Organization) Özbəkistanın paytaxtı Taşkəndin İslam universitetində "İslam Mədəniyyəti" adlı dərs proqramını universitetin dərs fənlərinin siyahısına saldırıb.

Həftənin şənbə günü, 2017-ci ilin Avqust ayının 26-da, İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) "İslam Mədəniyyəti" tədris kürsüsünün rəsmi şəkildə açılış mərasimi keçirilib.

Açılış mərasimində İSESCO-nun rəisi Əbdüləziz ibn Osman Tüvəyciri və Özbəkistanın nazirləri, təhsil işləri üzrə məsulları, ustadları və tələbələri iştirak ediblər.


Bu tədris kürsüsünün təsisi İslam dünyasının universitetləri birliyi, Taşkənd İslam universiteti və İSESCO arasında Mərakeşin "Ribat" şəhərində baş tutmuş anlaşma memorandumunun icrası istiqamətində həyata keçirilmişdir.

İslam Mədəniyyəti tədris kürsüsü təsisinin əsas hədəfi tələbələri İslam mədəniyyəti barədə tədqiqata həvəsləndirmək, İslami ölkələrin tələbələri arasında elmi təbadül imkanı yaratmaq, İslami dərsliklər hazırlamaq, İslam elmləri barədə əsas mənbələrin müxtəlif dillərə tərcüməsini həyata keçirməkdir.

http://www.iqna.ir/fa/news/3634865


captcha