IQNA

Kembric universiteti "Avropada İslam" mövzusunda məqalə yazmağa dəvət etdi

1:45 - August 28, 2017
Xəbər sayı: 3482044
İngiltərənin Kembric universiteti bir ümumi çağırışda dini sahədə tədqiqatçıları "Avropada İslam" mövzusunda məqalə yazmağa və təlim dərnəyində işritak etməyə dəvət etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin Kembric universiteti bir ümumi çağırışda dini sahədə tədqiqatçıları "Avropada İslam", "dinilik, ya sekularizm" və "Avropada İslama yenidən baxış mövzusunda məqalə yazmağa və təlim dərnəyində işritak etməyə dəvət etdi.

Cari ilin qış aylarında (30 Noyabr və 1 Dekabr) keçiriləcək bu beynəlxalq təlim dərnəyi Avropda, xüsusilə də İngiltərə və Almaniyada İslami araşdırmalar və İslam dini barədə sualların öyrənilməsi, dəyərləndirilməsi və cavablandırılması üçün bir fürsət yaradacaqdır.

"Avropada İslam" beynəlxalq təlim dərnəyi və İslami araşdırma aşağıdakı əsas hədəfləri izləyəcəkdir:

Avropda İslami araşdırmalar üçün münasib atmosferin və məkanın kəşfi

Elmi araşdırmaların bir yerə toplanması

Müxtəlif məkan və fəzada İslami tanıma metodlarının müqayisəsi və dəyərləndirilməsi

İslami araşdırmaçıların tədqiqat metodları ilə tanışlıq və bu metodların dəyərləndirilməsi

İslami araşdırmaçıların dini məkanlar, tayfaların tanınması, tarix, dialoq, məkana aid olan məsələlərin dəyərləndirilməsi və dəyişkənliyi barədə istifadə etdiyi medotlarla tanışlıq

Müxtəlif məkanlara aid olan dini, mədəi və milli məsələlərin və dəyişkənliyinin dəyərləndirilməsi və təhlili.

http://www.iqna.ir/fa/news/3634624


captcha