IQNA

Bundan sonra Şarcə İslam kitabxanasından siz də istifadə edə biləcəksiniz

11:09 - August 29, 2017
Xəbər sayı: 3482050
BƏƏ-nin Şarjə şəhərinin İslam və Ərəb mədəniyyətinə aid minlərlə tarixi və nadir jurnal və kitabları ehtiva edən ümumi İslam kitabxanası oxuculara virtual xidmət göstərmək qərarına gəlib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin Şarcə şəhərinin İslam və Ərəb mədəniyyətinə aid minlərlə tarixi, qədim, aztapılan və nadir jurnal və kitabları ehtiva edən ümumi İslam kitabxanası oxuculara virtual xidmət göstərmək qərarına gəlib. Belə ki, bundan sonra oxucular bu kitabxanaya müraciət etmədən dünyanın hər yerindən internet üzərindən bu kitabxananın kitablarını oxuya biləcəklər.

"Əş-Şariqə24" xəbər və informasiya portalının verdiyi məlumata görə, Şarcə şəhərinin İslam və Ərəb mədəniyyətinə aid minlərlə tarixi, qədim, aztapılan və nadir jurnal və kitabları ehtiva edən ümumi İslam kitabxanasında mövcud olan jurnal və kitabların əksəriyyəti miladın 15-ci əsrindən 19-cu əsrinədək olan dövrdə yazılmış kitablardır.

BƏƏ-nin Şarjə şəhərinin İslam və Ərəb mədəniyyətinə aid ümumi kitabxanasının açıqlamsına əsasən, bu jurnal və kitabların əksəriyyətin əlyazma və çap nüsxələri Böyük Britaniyanın paytaxtı Londonun "Britaniya" kitabxansında saxlanılır.

İngiltərənin "Britaniya" kitabxanası böyüklüyünə görə, dünyanın ikinci kitabxanasıdır və Avropa və Şimali Amerikaya gedib çıxmış Ərəb və İslam mədəniyyətinə ail olan kitabların əlyazma nüsxələrin ən əhəmiyyətliləri bu kitabxanada saxlanılır.

Bu kitabxanada İslam və Ərəb dünyasına aid olan 15 min nüsxə əlyazma kitab vardır ki, hər birinin tarixi ən azı 400 il bundan öncəyə qayıdır. Bu nüsxələrin arasında Qura-Kərimin nadir çapları, İbn Heysəm, Razi, Farabi, İbn Nəfis (Nüfeys) kimi böyük elm adamlarının əsərləri və qədim şer və ədəbiyyat nümunələri vardır.

BƏƏ-nin Şarcə şəhərinin İslam və Ərəb mədəniyyətinə aid ümumi kitabxanasının bu yeni xidməti virtual kitabxanaların hazırlanmasında aktiv olan "Cengage" və "Gale" şirkətlərinin həmkarlığı ilə həyata keçirilir.

şəhərinin İslam və Ərəb mədəniyyətinə aid ümumi kitabxanasının müdiri Sara Mərzuqi bu barədə dedi: Çox sevindirici haldır ki, kitabxanamız 2019-cu il üçün dünya kitabxanalarının paytaxı seçildikdən sonra müştərilərimizə belə bir xidmət göstərə biləcəyik. Biz bu xidmət vasitəsilə Britaniya kitabxanasında olan İslam və Ərəb dünyasına aid kitabları və bunun sayəsində İslam və müsəlmanların böyüklüyünü dünyaya tanıtdıracayıq və bu kitabların elektron nüsxəsini elm adamlarına təqdim edəcəyik.

Qeyd edək ki, BƏƏ-nin Şarcə şəhərinin İslam və Ərəb mədəniyyətinə aid ümumi kitabxanası dünyada bu xidməti göstərəcək ilk kitabxana olacaqdır.

http://www.iqna.ir/fa/news/3635424


captcha