IQNA

BMT TŞ Myanmada Rohinca qaçqınları böhranı ilə bağlı fövqəladə iclas keçirməyə hazırlaşır

15:12 - September 13, 2017
Xəbər sayı: 3482153
BMT Təhlükəsizlik Şurası Myanmanın qərbində 370 min Rohinca müsəlmanının qonşu Banqladeşə qaçmasına səbəb olmuş böhranı müzakirə etmək üçün fövqəladə iclas keçirməyə hazırlaşır.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,BMT Təhlükəsizlik Şurası Myanmanın qərbində 370 min Rohinca müsəlmanının qonşu Banqladeşə qaçmasına səbəb olmuş böhranı müzakirə etmək üçün fövqəladə iclas keçirməyə hazırlaşır.
Çərşənbə gününə təyin olunmuş iclas Britaniya və İsveçin təklifi əsasında keçiriləcək. Fövqəladə iclasın keçirilməsi təklifi BMT-nin insan haqları şurasının rəhbəri Zeyd Raad Əl-Hüseynin bazar ertəsi günü çıxışında Ronhinca qaçqınları ilə rəftarı "etnik təmizləmə siyasətinə kitabdan misal” kimi dəyərləndirməsindən sonra verilib.
Zeyd BMT-nin Cenevrədə İnsan Haqları Şurasında çıxışı zamanı bildirib ki, bir sıra məlumatlar və peyk vasitəsilə əldə edilmiş təsvirlər Myanma təhlükəsizlik qüvvələri və yerli hərbi dəstələrin Raxine ştatında qətllər törətdiyi və Rohinca kəndlərini bütünlüklə yandırdığını göstərir. Zeyd həmçinin Myanma hərbi qüvvələrinin sərhəd boyu minalar yerləşdirdiyi haqda məlumatları qeyd edib.
Myanmanın de-fakto lideri, Nobel Sülh mükafatı laureatı Aung San Suu Kyi zorakılığı qınamadığına görə artan tənqidlərlə qarşılaşır. Tibetin dini lideri Dalay Lama, Cənubi Afrikanın arxiyepiskopu Desmond Tutu və pakistanlı fəal Malala Yusifzai da daxil olmaqla bir sıra Nobel Sülh mükafatı laureatları Aung San Suu Kyini məsələyə şəxsən müdaxilə edib zorakılıqlara son qoymağa çağıran bəyanatlarla çıxış ediblər.
Rohinca müsəlmanları əhalisinin əksəriyyəti buddist olan Myanmada yaşayan bir sıra etnik qruplardan biridir. Onlar Banqladeşdən gəlmiş iqtisadi miqrantlar hesab edilir. Ailə üzvlərinin ölkədə bir neçə nəsil yaşadığını sübut edə bilmələrinə baxmayaraq, Rohinca etnik qrupunun üzvlərinə vətəndaşlıq verilmir. /maide.az/

Teqlər: iqna ، ruhinigya ، bmt ، myanmar
captcha