IQNA

Ruhingiyalı müsəlman uşaqlar qaçqın düşərgəsində Quran öyrənirlər – Foto

10:30 - September 26, 2017
Xəbər sayı: 3482203
Ruhingiyalı müsəlman uşaqlar Banqladeşin "Kutupalung" qaçqın düşərgəsində kiçik çadırlarda təşkil edilmiş mədrəsədə dərs öyrənir və Quran oxuyurlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Myanmar dövlətinin zülmdən qaçaraq Banqladeşə sığınmış ruhingiyalı müsəlman uşaqlar Banqladeşin "Kutupalung" qaçqın düşərgəsində kiçik çadırlarda təşkil edilmiş mədrəsədə dərs öyrənir və Quran oxuyurlar.

Ruhingiyalı müsəlmanların uşaqlarının təhsil aldığı və Quran oxuduğu bu kiçik mədrəsələr son günlərdə işə başlamışdır.

Myanmarda müsəlmanlara qarşı törədilən qətliamdan sonra Banqladeşə qaçan yüzminlərlə ruhingiyalılardan biri də Şeyx Əhmədin ailəsidir.

Associated Press (AP) xəbər agentliyinin fotoqrafının hazırladığı şəkillərdə müşahidə edilir ki, Şeyx Əhməd Quran oxuduqdan sonra əllərini göyə qaldırıb Myanmar dövlətinin törətdiyi cinayətlərdə şəhid olan həmvətənləri üçün dua edir və ağlayır.

AP-ın fotoqrafı ondan soruşduqda ki, "nə üçün dua etdikdən sonra ağladın?", o yenidən ağlamağa başlayıb və deyib: "Ana vətənim üçün ağlayıram".

http://www.iqna.ir/fa/news/3646092

قرآن خواندن کودک مسلمان روهینگیا در اردوگاه آوارگان بنگلادش


قرآن خواندن کودک مسلمان روهینگیا در اردوگاه آوارگان بنگلادش

قرآن خواندن کودک مسلمان روهینگیا در اردوگاه آوارگان بنگلادش

قرآن خواندن کودک مسلمان روهینگیا در اردوگاه آوارگان بنگلادش
captcha