IQNA

Sibirdə yeni məscidin açılışı olub

20:34 - December 01, 2017
Xəbər sayı: 3482449
Tomsk rayonun Strezhevoy şəhərində yerləşən məscidin açılış mərasimində çox sayda insan toplaşıb. Məscid 500 kvadrat metr ərazidə yerləşir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sibirdə "Al-Hayat” adlı yeni məscidin açılışı mərasimi keçirilib.
Maide.Az "İslam.ru”-a istinadən xəbər verir ki, Tomsk rayonun Strezhevoy şəhərində yerləşən məscidin açılış mərasimində çox sayda insan toplaşıb.
Strezhevoy şəhər məscidi 500 kvadrat metr ərazidə yerləşir, məscid in günbəzinin hündürlüyü 12 metr və minarələrin hündürlüyü 27 metrdir.
Qeyd edək ki, Tomsk rayonun Strezhevoy şəhərində müxtəlif millətlərdən 5000-dən çox müsəlman yaşayır.

Teqlər: iqna ، məscid ، rusiya ، sibir
captcha