IQNA

İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

0:15 - December 02, 2017
Xəbər sayı: 3482457
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 1-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev dekabrın 1-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.  
İran xarici işlər naziri Cavad Zərif Bakıda "Asiyanın Qəlbi- İstanbul Prosesi" çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında iştirak etmək üçün Azərbaycana səfər edib. 
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif səfər zamanı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlər müzakirə edilib.

Teqlər: iqna ، iran ، azərbaycan ، xİn
captcha