IQNA

“Əl-Əzhər” şeyxi dini radikalları məhv etməyə çağırdı

0:23 - December 02, 2017
Xəbər sayı: 3482459
Əhməd ət-Tayyib xütbəsini ötən cümə günü terrorçuların hücumuna məruz qalan Misirin Sinay yarımadasında yerləşən Ravda məscidində edib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin nüfuzlu din mərkəzi və universiteti olan "Əl-Əzhər”in şeyxi Əhməd ət-Tayyib bu gün cümə xütbəsində müsəlmanları İslam adından istifadə edən terrorçuları məhv etməyə çağırıb.
Əhməd ət-Tayyib xütbəsini ötən cümə günü terrorçuların hücumuna məruz qalan Misirin Sinay yarımadasında yerləşən Ravdaməscidində edib.
"Əl-Əzhər" şeyxixütbəsində məscidə hücum edən terrorçuları "müasir xəvaricilər"adlandırıb.
Xatırladaq ki, ötən cümə günü terrorçuların Sinay yarımadasında yerləşən Ravda məscidinə hücumu zamanı 309 nəfər həyatını itirib,130 nəfər isə yaralanıb.

Teqlər: misir ، iqna ، əhməd təyyib
captcha