IQNA

Vladirmir Putin Fələstin millətinin öz taleyini təyin etmə haqqını müdafiə etdi

0:39 - December 02, 2017
Xəbər sayı: 3482460
Rusiya federasiyasının prezidenti Vladimir Putin Fələstin millətinin öz taleyini təyin etmək haqqına sahib olması barədə ölkəsinin öz əsas prinsiplərinə sadiq qalacağını vurğuladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının prezidenti Vladimir Putin Fələstin millətinin öz taleyini təyin etmək haqqına sahib olması barədə ölkəsinin öz əsas prinsiplərinə və həmçinin prinsipial mövqesinə sadiq qalacağını vurğuladı.

Putin bu mövqeyini Fələstin xalqı ilə beynəlxalq həmrəylik günü münasibəti ilə Fələstin özmuxtar təşkilatının rəisi Mahmud Abbasa ismarıc göndərək açıqlayıb.

Putin vurğulayıb: Rusiya BMT-nin təhlükəsizlik şurasının (TŞ) BMT 4 tərəfli komitəsinin daimi üzvü olaraq bildirirəm ki, Fələstin millətinin öz taleyini həll etmək hüququna malik olduğu barədə və bu hüququ müdafiə etmək haqda öz prinsipial mövqeyimi dəyişməyəcəm.

Putin əlavə edib ki, Fələstin torpaqlarının işğaldan azad edilməsi və Qüdsün paytax olması ilə Fələstin dövlətinin yaradılması üçün çalışmaq lazımdır və Rusiya dövləti bu məsələdə Rusiya dövləti fələstinliləri himayə edəcək.

O vurğulayıb: Biz Fələstinin milli sülh və barışını dəstəkləyirik, Fələstin dövləti ilə iqtisadi əlaqələrimizi genişləndirməyə hazırıq və Fələstin xalqının qarşısındakı problemlərin həlli üçün də səyimizi göstərəcəyik.

http://iqna.ir/fa/news/3668077


Teqlər: iqna ، rusiya ، fələstin ، israil
captcha