IQNA

Misirin Tənta universitetində “8-ci əsrdə Quranın qiraətlər elmi” araşdırıldı

8:29 - December 18, 2017
Xəbər sayı: 3482523
“Hicrətin 8-ci əsrində Quranın qiraətlər elmində alimlərin göstərdiyi fəaliyyətlər” adlı dissertasiya işi Misirin Tənta universitetinin Quran Elmləri və Qiaətlər fakültəsində müdafiə ediləcəkdir.

Misirin Tənta universitetində “8-ci əsrdə Quranın qiraətlər elmi” araşdırıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, “Hicrətin 8-ci əsrində Quranın qiraətlər elmində alimlərin göstərdiyi fəaliyyətlər” adlı dissertasiya işi Misirin Tənta universitetinin Quran Elmləri və Qiaətlər fakültəsində doktorluq elmi dərəcisni almaq üçün cari ilin Dekabr ayının 26-da Mustafa Əhməd Həlus tərəfindən müdafiə ediləcəkdir.

Qurani-Kərimin qairətləri və qiraət elmi barədə yazılmış bu elmi iş Misirin Tənta universitetinin Quran Elmləri və Qiaətlər fakültəsin doktorantura tələbəsi Mustafa Əhməd Həlusun araşdırmalarının hasilidir.

Mustafa Əhməd Həlusun bu elmi dissertasiya işində hicrətin səkkinci əsrində müsəlman alimlərinin Quran qiraət növləri barədə göstərdiyi fəaliyyətlər və Quran qiraətlərinin müxtəlif fənləri haqqında elmi məsələləri araşdırıb.

Hicrətin 8-ci əsrində Quranın qiraətlər elmində alimlərin göstərdiyi fəaliyyətlər” adlı elmi işə Qahirənin “Üsuli-Din” universitetinin Quran elmləri və təfsir ustadı Məhəmməd Seyid Razi və Quran Elmləri və Qiarətlər ustadı Bəşir Əhməd Dəbəs elmi rəhbərlik ediblər.

Bu elmi işin müdafiəsi zamanı Əl-Əzhər İslam Mərkəzinin Misirin Mənufiyyə rayonundakı şöbəsinin Ərəb dili və ədəbiyyatı müəllimi Məhəmməd Əbdül-Vahid Dəsuqi və Quran və Təfsir elmləri ustadı Sami Əbdül-Fəttah hakimlik edəcəklər.

Qeyd edək ki, “Quranın Qiraət Elmi” bu müqəddəs kitabın Ərəb dili və ədəbiyyatı baxımından Quranın düzgün oxunuşu barədə danışır, Quranda işlənmiş sözlərin, söz tərkiblərinin, cümlə tərkiblərinin düzgün tələffüzünü göstərir və bu barədə Quran qiraətini rəvayət edənlərin ixtilafı səbəblərini açıqlayır.

Qədim zamanda konkret bir yazı rəsmul-xəttinin ümumişlək olmaması, islamın ilk dövürlərində Quran ayələrinin hərəkəsiz (sait səslər) olması, Ərəb tayfalarının müxtəlif ləhcələrdə danışması və digər səbəblərə görə, Quranın tilavətində bəzi ixtilaflar baş vermişdir.

Buna görə də hicrətin 2-ci əsrinin axırlarından başlayaraq müsəlman alimlər bu işlə ciddi məşğul oldular, nəticədə isə Quranın Qiraətləri elmi yarandı. 4-cü əsirdə isə qiraət növlərinin çoxaldığını nəzərə alan Quran qiraəti alimləri bu qiraət növləri arasından 7 qiraət növünü ən doğru hesab edərək tilavət üçün məqsədə uyğun gördülər.

http://iqna.ir/fa/news/3673424  

Teqlər: iqna ، quran ، qiraət ، quran elmləri
captcha