IQNA

Şarcə valisinin şəxsi kolleksiyasındakı Quran nüsxələri (Foto)

8:58 - December 19, 2017
Xəbər sayı: 3482530
BƏƏ-nin Şarcə valisinin şəxsi kolleksiyasında müxtəlif İslami və Qurani nüsxələr vardır. O, kolleksiyasındakı bir sıra əlyazma nüsxələrini Qasimiyyə universitetinin əlyazmalar şöbəsinə hədiyyə edib.

Şarcə valisinin şəxsi kolleksiyasındakı Quran nüsxələri (Foto)İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “sharjah244” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Şarcə şəhəri valisinin şəxsi kolleksiyasında müxtəlif İslami əlyazma nüsxələr və tarixi və nadir nəfis Quranlar nüsxələri mövcuddur

O, son günlərdə öx şəxsi kolleksiyasının bir sıra Quran əlyazma nüsxələrini və İslami əsərlərin tarixi və qədim əlyazma nüsxələrini Qasimiyyə universitetinin əlyazmalar şöbəsinə hədiyyə etdi.

Sultan ibn Məhəmməd Qasimi (BƏƏ-nin Şarcə şəhərinin valise və hakimi) öz şəxsi kolleksiyasında uzun müddət qoruyub saxladığı qiymətli əlyazma nüsxələrinin bir qismini ki, bunların arasında İslami, Qurani əlyazma nüsxələr və tarixi sənədlər də vardır, Şarcənin Qasimiyyə universitetinin əlyazma nüsxələrin qorunub saxlanılması mərkəzinə verib.

Şarcə hakiminin hədiyyə etdiyi əlyazma nüsxələrin 300-400 il arası qədim tarixi vardır. Bu nüsxələr İslami araşdırmalar, o cümlədən Quran elmləri, Hədis elmləri, Fiqh və Üsul elmləri sahəsində qiymətli əsərlər hesab edilir. Bu nüsxələrdən bəziləri “əcəm” (qeyri-ərəb) dilində olub.

Qasimiyyə universitetinin əlyazmalar şöbəsinə hədiyyə edilən nüsxələr sayı 1250 ədəd olub və İslam araşdırmaçıları bundan sonra bu nüsxələrdən asanlıqla istifadə edə biləcəklər. Həmçinin bu kitabxana yeni hədiyyə edilmiş nüsxələr üçün sərgi salonu da nəzərdə tutulub.

http://iqna.ir/fa/news/3673730

اهدای نسخ قرآنی چهارصد ساله به دانشگاه شارجه + عکس

اهدای نسخ قرآنی چهارصد ساله به دانشگاه شارجه + عکس

اهدای نسخ قرآنی چهارصد ساله به دانشگاه شارجه + عکس

اهدای نسخ قرآنی چهارصد ساله به دانشگاه شارجه + عکس

اهدای نسخ قرآنی چهارصد ساله به دانشگاه شارجه + عکس

Teqlər: iqna ، bƏƏ ، Şarcə ، əlyazma nüsxə
captcha