İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “myhighplains” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Klarado əyalətinin Klovis şəhər məscidinin giriş qapısı və elan lövhəsinə naməlum şəxslər tərəfindən anti-İslam şüarlar yazılıb.
Amerikanın Klarado əyalətinin Klovis şəhər polis qüvvələrinin rəisi Roman Romero bu barədə deyib: Bu məscid Klovis şəhərinin yeganə ibadət ocağıdır və məlumatımız qədərincə deyə bilərik ki, bu şəhərdə ilk dəfədir belə bir hadisə baş verir.
Roman Romero (Amerikanın Klarado əyalətinin Klovis şəhər polis qüvvələrinin rəisi) əlavə edib: Biz yerli əhalinin telefon zəngləri, məktubları, elektron əlaqələri, sosial şəbəkələr, o cümlədən Facebook vasitəsi ilə bu məscidə hücum edildiyi barədə məlumat aldıq. Bu məscid illərdir ki, sahibsiz və kimsəsiz qalıb, heç kim buraya müraciət etmir.
Klarado əyalətinin Klovis şəhər meri deyib ki, məscidin sahibini tapmağa çalışacayıq və həmçinin İslam əleyhinə yazılmış şüarları məscidin qapısı və elan lövhəsindən siləcəyik.