IQNA

Vaşinqton BMT-nin anti-Tramp qətnaməsi ilə müxalifdir;

Amerika BMT-nin Baş Assambleyasına xəbərdarlıq etdi

12:29 - December 21, 2017
Xəbər sayı: 3482538
Vaşinqton BMT-yə üzv ölkələrə Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi barədə qərarının əleyhinə qətnaməyə səs verdikləri üçün xəbərdarlıq edib.

Amerika BMT-nin Baş Assambleyasına xəbərdarlıq etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Fələstin xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Vaşinqton BMT-yə üzv ölkələrə Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi barədə qərarının əleyhinə yazılan qətnamənin ilk layihəsinə səs verdikləri üçün xəbərdarlıq edib.
ABŞ-ın xəbərdarlıq göndərdiyi bir zamanda işğalçı sionist rejimi olan qondarma İsrail dövləti müxtəlif ölkələrdəki səfirliklərinə göstəriş verib ki, səfir olduqları ölkələrdə BMT-nin Baş Assambleyasının yazdığı qətnamə layihəsinin təsirsizləşdirmək üçün hərəkətə keçsinlər.
Bu bir halda baş verir ki, BMT-nin Baş Assambleyası bu gün, həftənin cüməaxşamı gün, işğalda olan Qüds barədə İslam və Ərəb ölkələrinin iştirakı ilə keçiriləcək təcili iclasda qətnamə barədə səsvermə keçirəcək.
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Baş Assambleyası həftənin ikinci günü Fələstin xalqının öz taleyini həll etmək barədə haqlı və azad olduğunu təsdiqləyən qətnaməni səs çoxluğu ilə təsdiq edib.
BMT-yə üzv ölkələrin bəzi heyətləri deyiblər ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi onlara bu qətnaməyə səs vermək barədə xəbərdarlıq edib.
http://iqna.ir/fa/news/3674708

Teqlər: iqna ، bmt ، qüds
captcha