IQNA

“İmam Əli (ə) düşüncəsinin nəticəsi: Quranın gizli təfsiri və dualar” adlı kitab çap və nəşr edildi

8:37 - December 23, 2017
Xəbər sayı: 3482546
Bu kitab İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən “Nəhcül-Bəlağə elmləri müəssisəsi”nin təşəbbüsü ilə çap və nəşr edilmişdir.

“İmam Əli (ə) düşüncəsinin nəticəsi: Quranın gizli təfsiri və dualar” adlı kitab çap və nəşr edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən “Nəhcül-Bəlağə elmləri müəssisəsi”nin təşəbbüsü ilə “İmam Əli (ə) düşüncəsinin nəticəsi: Quranın gizli təfsiri və dualar” adlı yeni bir kitab çap və nəşr edildi.
İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən “Nəhcül-Bəlağə elmləri müəssisəsi”nin informasiya şöbəsinin məsulu bu barədə dedi: “İmam Əli (ə) düşüncəsinin nəticəsi: Quranın gizli təfsiri və dualar” adlı kitab Ustad Xəlil Xələf Bəşirin silsilə dərslərinin və elmi tədqiqatlarının nəticəsidir ki, öz qələmi ilə işlənmiş, çap və nəşr edilmişdir.
Əhməd Cəfəri (“Nəhcül-Bəlağə elmləri müəssisəsi”nin informasiya şöbəsinin məsulu) əlavə etdi: Müəllif bu kitabda Həzrət İmam Əlinin (ə) fikri və düşüncəsi əsasında formalaşan İslam maarifini iki bölmədə, Qurani-Kərimin gilzi təfsiri və dualar, tədqiq etmiş və qələmə almışdır.
Cəfəri dedi: Kitabın yazarı çalışıb ki, İmam Əlinin (ə) Qurani-Kərimi təfsir etmə metodlarını araşdırıb və İmamın (ə) təfsir metodunun araşdırılmasının əhəmiyyətindən danışıb və həmçinin İmam Əlinin (ə) gizli təfsir nümunələrinin bəzilərini göstərib.
Təfsir barədə danışdıqdan sonra kitabın ikinci bölümündə İmam Əlinin (ə) dilindən bizə gəlib çatmış duaları təhlil edib, dualardakı bəlağət, dərin maarif və müxtəlif mövzuları əhatetmə dairəsini şərh verib.
http://iqna.ir/fa/news/3675100

captcha