IQNA

İraqın döyüş meydanlarında qorxulu İŞİD təhlükəsi

16:01 - July 02, 2018
Xəbər sayı: 3483408
İraq dövlətinin İŞİD terrorçuları üzərində tam qələbə xəbərini elan edilməsinə baxmayaraq, həmin zamandan indiyədək hələ də döyüş meydanlarında 6000 civarında təhlükəli İŞİD terroristləri mövcuddur.

İraqın döyüş meydanlarında qorxulu İŞİD təhlükəsiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın xalq könüllüləri briqadasının komandir müavini Əbu Məhdi Mühəndis dövlətin İŞİD-ə qarşı mübarizə planını tənqid edərək dedi: İraq dövlətinin İŞİD terrorçuları üzərində tam qələbə xəbərini elan edilməsinə baxmayaraq, həmin zamandan indiyədək hələ də döyüş meydanlarında 6000 civarında təhlükəli İŞİD terroristləri mövcuddur və insanları oğurlamaq, öldürmək və partlatmaq kimi cinayətləri törədirlər .

İraqın xalq könüllüləri briqadasının komandir müavini Əbu Məhdi Mühəndis əlavə etdi: Bu altı min aktiv terroristdən əlavə İraqın müxtəlif şəhərlərində gizli fəaliyyətdə olan 24 minədək İŞİD ünsürü vardır. Buna görə də dövlət səhralıq regionlarda bu təhlükəli ünsürlərin kökünü kəsmək üçün ciddi addım atmalıdır. Bu işdə xalq könüllüləri, təhlükəsilik qüvvələri və dövlət qoşunları həmkarlıq etməlidir.

O vurğuladı: Xalq könüllüləri silahlıları İŞİD ünsürlərini təmizləyərkən ələ keçirdikləri bütün sialh və sursatı dövlətə təhvil verəcəkdir.

Bundan öncə isə şiələrin İraqdakı təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin Kərbəla şəhərindəki nümayəndəsi dövlətdən tələb etmişdi ki, İŞİD ünsürlərini tamamilə təmizləsinlər, insanların təhlükəsizliyinə laqeyd qalmasınlar.

http://iqna.ir/fa/news/3726950                                 

Teqlər: iqna ، İŞİd ، terror ، İraq
captcha