IQNA

Seyidlərin Dünya Birliyi Təşkilatı təsis ediləcək

14:24 - July 03, 2018
Xəbər sayı: 3483413
Seneqalda keçirilən "İslamda seyidlərin yeri" adlı toplantıda "Seyidlər Dünya Birliyi Təşkilatı"nın təsis edilməsi məsələsi müzakirə olunub.

Seyidlərin Dünya Birliyi Təşkilatı təsis ediləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Seneqalda keçirilən "İslamda seyidlərin yeri" adlı toplantıda "Seyidlər Dünya Birliyi Təşkilatı"nın təsis edilməsi məsələsi müzakirə olunub.

Bu barədə İran İslam Respublikası İslami əlaqələr və mədəniyyət təşkilatının ümumi əlaqələr şöbəsinin informasiya portalı xəbər yayıb.

Seneqalda keçirələn "İslamda seyidlərin yeri" toplantısı İran İslam Respublikasının Seneqaldakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü və Seneqalın "Ticaniyyə təriqəti"nin "Abdullah Gi" şaxəsinin həmkarlığı ilə keçirilib.

Seneqalın paytaxtı Dakarın 160 km.liyində yerləşən Sambu şəhərində keçirilən bu toplantıda İran İslam Respublikasının Seneqaldakı Mədəniyyət Əlaqələri İdarəsinin məsulları, dövlətin dini, siyasi, ictimai, incəsənət və mədəniyyət adamları, sufi təriqətinin nümayəndələri, cümə və camaat namazları imamları, Dakar qadınlar birliyinin nümayəndələri və həmçinin Seneqal prezidentinin müşaviri iştirak ediblər.

Toplantıda çıxış edən İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Seyid Həsən İsməti deyib ki, dünyada 100 milyon seyyid vardır ki, bunun təkcə 6 milyonu İran İslam Respublikasında yaşayır.

O vurğuladı: İran İslam Respublikasının Dünya Əhli-Beyt (ə) Cəmiyyəti Təşkilatı çalışır ki, "Seyidlərin Dünya Birliyi Təşkilatı"nı təsis edilməsi barədə işlər görür.

Toplantıda çıxış edən "müridiyyə təriqəsi"nin nümayəndəsi Şeyxəna Lu, "əhli-beyt" təriqətinin nümayəndəsi Şeyx Talibu Lu,  "qadiriyyə təriqəti"nin nümayəndəsi Şeyx Məhəmmə Cəlil Fay və "ticaniyyə təriqəti"nin nümayəndəsi İsa Cub çıxış edərək Əhli-Beytin və Fatimə (ə) övladlarının fəzilətindən və seyidlərə ehtiram edilməsinin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, Seneqal cəmiyyətinin bir çoxu, o cümlədən Şeyx Əhmədu Bamba və Hac Malik Si kimi rəhbərləri "Həsəni" seyidləridirlər.  

http://iqna.ir/fa/news/3727046

captcha