IQNA

Almaniya kitabxanasında din və ilahiyyat xəzinəsi

17:38 - July 04, 2018
Xəbər sayı: 3483419
"Guta" şəhər tədqiqat və araşdırmalar kitabxanası dünyanın ən böyük əlyazmalar məcmuəsini ehtiva edir. Bu məcmuədə dünyanın modernləşmə çağlarının ilkin mərhələsinə aid bir çox əlyazma nüsxələr vardır.

Almaniya kitabxanasında din və ilahiyyat xəzinəsiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin verdiyi məlumatda deyilir ki, Almaniyanın "Guta" (Gotha) şəhərinin tədqiqat və araşdırmalar kitabxanası dünyanın ən böyük əlyazmalar məcmuəsini ehtiva edir. Bu məcmuədə dünyanın modernləşmə çağlarının ilkin mərhələsinə aid bir çox əlyazma nüsxələr vardır.

Berlin, Munix və "Wolfenbüttel" (Herzog August Library) şəhərlərinin kitabxanlarından sonra Almaniyanın üçüncü əsas kitabxanası sayılan bu kitabxana Orfort şəhərində yerləşir və 16-cı əsrdən 18-ci əsrədək ən mühüm tarixi elmi xəzinələri ehtiva edir.

Bu kitabxanada orta əsrlərə və modern dövrün ilk çağlarına aid 7 min 940 əlyazma nüsxələr mövcuddur. Bu əlyazma nüsxələr alman, latın, yunan, ingilis, fransız və italiyan dillərində ilahiyyat, din, təhsil məsələləri, tarix, səfərnamələr və digər maraqlı və həvəskar mövzular barədə yazılmışdır.

Həmçinin 1820-ci ildən sonrakı illərə aid alimlər, mütəfəkkirlər, kitabçılar, yazarlar, mədəni birliklər və digər əhəmiyyətli qrumlar tərəfindən yazılmış 130 əlyazma kitab, 11 min məktubun nüsxəsi, "Bax" ailəsinə məxsus 1400 əlyazma, "turingen (Thuringian) musiqisi"nin tarixi barədə nüsxələr və Ernest Salamonun 600 "luter əqidəli xristian ilahiyyatçı"lar ilə yazışması barədə 3900 tarixi sənəd bu kitabxanada saxlanılır.

Qeyd edək ki, bu kitabxanada əlyazma nüsxələr barədə müxtəlif elmi tədqiqat layihələri həyata keçirilir. Həmin layihələrdən biri də 2013-2015-ci illərdə "şərqin əlyazma nüsxələri" layihəsi idi və layihənin icrası əsasında şərqə aid 3 min nüsxə əlyazma bu kitabxanaya gətirilmişdir.   

http://iqna.ir/fa/news/3727519  

captcha