IQNA

İran incəsənətinin İspaniyada bədii ifadəsi

12:08 - July 18, 2018
Xəbər sayı: 3483493
İranının İspaniyadakı Mədəniyyət Əlaqələri İdarəsi "kəramət günləri" on günlüyü münasibəti ilə bu sərgidən əlavə Soya şəhərinin "İmam Rza (ə) hüseyniyyəsi"ndə milad mərasimi də keçiricəkdir.

İran incəsənətinin İspaniyada bədii ifadəsiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İmam Rzanın (ə) və bacısı xanım Həzrət Məsumənin (s) viladətləri münasibəti ilə keçirilən "kəramət günləri" on günlüyündə İspaniyanın Madrid şəhərində "İmam Rza (ə) hərəmində İran incəsənətinin təzahürü və bədii ifadəsi" adlı sərgi keçiriləcək.

Bu sərgi sabah, həftənin Cüməaxşamı günü, 19 İyul 2018-ci il, yerli vaxtla saat 18:30-da, "Kantabria Evi" (Cantabria House) mədəniyyət kompleksinin iştirakı ilə həmin kompleksin kitabxanasının toplantı salonunda keçiriləcəkdir.

İran İslam Respublikasının İspaniyadakı Mədəniyyət Əlaqələri İdarəsi bu xəbəri elan edərək deyib: Madriddə keçiriləcək incəsənət sərgisində iran incəsənət, əl sənayesi ustaları və mədəniyyət adamlarının ərsəyə gətirdikləri müxtəlif tablolar, o cümlədən rəssamlıq, hüsnxətt nümunələri, fotoqraflıq, əl sənayesi və memarlıq əsərləri nümayiş olunacaqdır. Bu əsərlər Həzrət İmam Rzanın (ə) müqəddəs hərəmindən ilhamlanaraq və ayə və rəvayətlər əsasında yaradılmışdır.

İran İslam Respublikasının İspaniyadakı Mədəniyyət Əlaqələri İdarəsi "kəramət günləri" on günlüyü münasibəti ilə bu sərgidən əlavə Soya şəhərinin "İmam Rza (ə) hüseyniyyəsi"ndə milad mərasimi də keçiricəkdir.

Qeyd edək ki, İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin keçirəcəyi bu sərginin açılış mərasimində ispaniyada yaşayan iranlılar və digərləri iştirak edəcəklər.

http://iqna.ir/fa/news/3731104  

captcha