IQNA

Filippində yeni qanun: Müsəlmanlara ümid işığı

8:08 - July 31, 2018
Xəbər sayı: 3483570
Yeni qanun layihəsinə görə, Filippinin Mindanao əyaləti və onun ətrafındakı cəzirələrdə yaşayan "Mauro" (Moor) müsəlman azlıqlara muxtariyyət veriləcəkdir.

Filippində yeni qanun: Müsəlmanlara ümid işığıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Filippin dövləti tərəfindən təsdiqlənən yeni qanun layihəsi müsəlmanları yaxşı gələcək barədə ümidləndirib.

Yeni qanun layihəsinə görə, Filippinin Mindanao əyaləti və onun ətrafındakı cəzirələrdə yaşayan "Mauro" (Moor) müsəlman azlıqlara muxtariyyət veriləcəkdir.

Asiyanın cənub-şərqində və Sakit okeanın qərbində yerləşən və 7 min adadan ibarət olan Filippin ölkəsi üç əsas coğrafi hissədən ibarətdir: Luson, Visay və Mindanao.

Filippin 1565-ci ildən 1898-ci ilədək İspaniya krallığının işğalında olub. Bu ölkənin adı da İspaniyanın ikinci kralı Filipin adından götürülüb. Hazırda bu ölkədə 100 milyondan çox cəmiyyət yaşayır ki, onların əksəriyyəti katolik xristianlardır.

Keçən həftənin Cümə günü, 27 İyul 2018-ci il, Filippinin prezidenti milli məclisin müsəlman azlıqların hüquqlarının qorunması və onların daimi yaşayış yeri ilə təmin olunması məqsədilə müsəlmanların sıx yaşadığı Mindanao əyatəlinə muxtariyyət verən qanun layihəsini təsdiqlədi.

قانون جدید فیلیپین؛ روزنه امید مسلمانان/ سرنوشت «بانگسامورو» در کشور جزیره‌ها

Filippində yaşayan müsəlmanlar ölkə əhalisinin 11 faizini təşkil edirlər. Onlar əsasən Mindanao, Palavan və Arxəbil adalarında yaşayırlar. Onlara "moor" (latınca: Mauru) deyilir. Bu ad keçmişdə Rum imperatoluğu zamanında Mavritaniya, Mərakeş və Əlcəzayirdə yaşayan müsəlmanlara verilmiş addır. Sonrala bu ad İspaniya krallığı zamanında Əndəlüs müsəlmanları ilə birlikdə okeanın o tayındakı müstəmləkələrə sürgün olunan müsəlmanlara verildi.

Filippində müsəlmanların mövcudluğu 14-cü əsrə qayıdır. Onlar bu adlara ticarə üçün gəlmiş Ərəblərdən İslam dinini öyrəndilər. Sonralar qohumluq əlaqələri İslam dininin bir çox adalarda yayılmasına səbəb oldu.

16-cı əsrdən başlayaraq Filippin müxtəlif imperialist qüvvələrin işğalına məruz qaldı. İşğal nəticəsində bu adalarda yaşayan xalqın dili və dini məğlub oldu. İspan dili əsas dil və katolik xristianlıq əsas din kimi hakimiyyətə gəldi, müsəlmanlar bu ölkədə dini azlığa çevirildilər və muxtariyyətlərini əldən verdilər. 20-ci əsrin ortalarında Amerika və İspaniya razılaşması bütün adaların vahid hakimiyyət altına alınmasına səbəb oldu və müsəlmanlara edilən hücumlar qətliam və soyqırım şəkilini aldı. Amerikanın mənfur siyasi oyununa gəlmiş hakimiyyət və müsəlmanlar arasında baş verən qarşıdurmalarda 120 mindən çox müsəlman öldürüldü və iki milyon müsəlman qaçqın düşdü. Amma bu uzun illər ərzində İslami Müqavimət gücləri mübarizəni dayandırmadılar və nəhayət bu günlərdə yenidən öz muxtariyyətlərini əldə etdilər.

قانون جدید فیلیپین؛ روزنه امید مسلمانان/ سرنوشت «بانگسامورو» در کشور جزیره‌ها

Filippin hakimiyyəti ilə müsəlmanlar arasında 1997-ci ildə müzakirələr başladı və 2012-ci ildə atəşkəs imzalandı. Malaziyanın vasitəçilik etdiyi bu müzakirələrdə "Müsəlman Azadlıq Cəbhəsi" müstəqil hakimiyyət qurmaq fikrindən vaz keçdi və müsəlmanlara muxtariyyət verilməsi ilə razılaşdı.

Keçən həftənin Cümə günü yeni təsdiq edilmiş qanun layihəsində müsəlmanların sıx yaşadığı Mindanao və ətraf adalara muxtar hakimiyyət verildi.

Yeni qanun layihəsinə görə, müsəlmanlar 150 gün ərzində referendum keçirərək 80 nəfərlik şuranın üzvlərini seçməlidirlər. Bu şura isə yeni hökumətin baş nazirini qarşıdan gələn dörd il üçün seçəcəkdir. Həmçinin bu qanuna əsasən, "Azadlıq Cəbhəsi"nin 30 faizi həmin günlərdə silahlarını dövlətə təhvil verməlidir və bu iş 2022-ci ilədək bütün müsəlman qruplaşmaların tərkisilah olunmasına qədər davam edəcəkdir.

Yeni qurulacaq muxtariyyətin adı "Bangsamuru muxtar dölvəti" olacaqdır. Filppin mərkəzi dövləti Mindanaodakı bütün ixtiyarlarını Bangsamuru dövlətinə təhvil verəcəkdir.

http://iqna.ir/fa/news/3734312  

captcha