İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) mədəniyyət və elmi inkişaf nazirliyi bu ölkənin paytaxtı Əbu-Zəbi şəhərində 16-cı "əl-Burdə" beynəlxalq İslami incəsənət festivalının yeni formada keçiriləcəyi barədə xəbər yayıb.
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) mədəniyyət və elmi inkişaf nazir deyib ki, 16-cı "əl-Burdə" beynəlxalq İslami incəsənət festivalının yeni formada cari ilin Noyabr ayının 14-də başlayacaqdır. Bu beynəlxalq festival İslam mədəniyyəti, İslami sivlizasiya, İslami incəsənət, memarlıq, musiqi və iqtisadiyyat çalarlarını əks etdirəcəkdir.
Festivala dünyanın hər yerindən şairlər, musiqiçilər, yazarlar, xəttarlar, hüsnxətt ustaları və incəsənət adamlarının cəzb edildiyini deyən nazir vurğuladı: Festivalın əsas hədəfi İslami incəsənətin zəngliyi və gözəlliyini dünyaya yaymaqdır.
Qeyd edək ki, "əl-Burdə" beynəlxalq İslami incəsənət festivalı indiyədək 15 dəfə keçirilmiş və incəsənət adamları, şairlər və xəttarlar tərəfindən maraqla qarşılanmışdır.