IQNA

Məktəblilərin avtobusunun vurulması nəticəsində ölənlərin sayı artdı

11:01 - August 10, 2018
Xəbər sayı: 3483626
Yəməndə məktəblilərin avtobusunun Ərəbistan tərəfindən bombalanması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. Yəmənli uşaqlara qarşı törədilən cinayətinin qarşısında beynəlxalq ictimaiyyət susur.

Yəməndə məktəblilərin avtobusunun vurulması nəticəsində ölənlərin sayı artdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin Yəmənin Saada əyalətinin Dahyan rayonunda şagirdləri daşıyan avtobusu havadan bombalaması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatında bildirilir.

Bombalanan avtobusdakı şagirdlərin çoxunun 10 yaşdan kiçik olduğunu bildirən  Qırmızı Xaç Komitəsinin nümayəndəsi, hadisə nəticəsində daha 77 nəfərin yaralandığını qeyd edib.

Qeyd edək ki, bundan öncə hücum nəticəsində 43 şagirdin öldüyü,  61 nəfərin isə yarandığı bildirilmişdi.

Xatırladaq ki,  Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə 10 mindən çox uşaq və qadın həyatını itirib.
Qeyri rəsmi məlumatlara görə, ölənlərin sayı 50 min nəfərdən çoxdur. Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli  evlərindən didərgin düşüb. 
Səudiyyə Ərəbistanın  ötən gün azyaşlı uşaqlara qarşı  bu cinayətinin qarşısında beynəlxalq ictimaiyyət susur, BMT-nin baş katibi Antonio Quterreş isə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən Yəmənin Saada şəhərinə aviazərbə vurulmasını pisləməklə kifayətlənib. 
Baş katibin mətbuat ofisinin məlumatında Antonio Quterreşin həyatını itirən uşaqların ailəsinə başsağlığı verdiyi bildirilir. Vurğulanır ki, BMT-nin baş katibi bir daha problemi siyasi yolla həll etməyə, Yəmən dialoqu daxilində danışıqlara çağırıb.
captcha