IQNA

Quran müəllimləri yarışacaqlar

7:16 - September 01, 2018
Xəbər sayı: 3483770
Qurani-Kərim ustadları və müəllimləri arasında Milli Quran Yarışları əl-Əzhər İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən "Quran İşləri İdarəsi"nin baş departamentinin təşəbbüsü ilə həyata keçirilib.

Quran müəllimləri yarışacaqlarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Quran müəllimləri arasında Milli Quran Yarışlarının final mərhələsi keçiriləcək.

"əd-Dəstur" qəzetinin bu barədə verdiyi məlumata görə, Misrin Qurani-Kərim ustadları və müəllimləri arasında Milli Quran Yarışları Misrin "əl-Əzhər İslam Mərkəzi"nin nəzdində fəaliyyət göstərən "Quran İşləri İdarəsi"nin baş departamentinin təşəbbüsü ilə həyata keçirilib.

Bu yarışlarda Misrin müxtəlif əyalət və şəhərlərinin Quran müəllimləri bir-biri ilə rəqabət aparıblar.

Misrin Quran müəllimləri arasında Milli Quran Yarışlarının final mərhələsi isə gələn həftənin birinci günü, Sentyabr ayının 3-də başlayacaq və iki həftə davam edəcəkdir.  

http://iqna.ir/fa/news/3742818

captcha