İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şri-Lankda İran İslam Respublikasının mədəniyyət günləri festivalı "İran və Şri-Lanka kino dostluğu" devizi ilə bu ölkənin İncəsənət Universitetinin "Yaradıcı İncəsənət İnstitutu"nda keçirildi.
İslami əlaqələr və mədəniyyət təşkilatının informasiya portalının bu barədə verdiyi məlumata əsasən, İran İslam Respublikasının mədəniyyət günləri festivalı İslam İnqilabının qələbəsinin qırxıncı ildönümünün anılması proqramları ilə yadda qalıb.
Festivalda İran İslam Respublikasının itehsalı olan "Bir Kəllə Qənd / Ye Həbbe Qənd" (Rejissor: Rza Mirkərimi), "Ayaqqablarım hanı? / Kəfşhayəm ku?" (Rejissor: Kyumərs Purəhmədi) və "Şiyar 143" (Rejissor: Nərgiz Abyar) filmləri İngiliscə altyazl ilə ekran edilib.
İncəsənət Universitetinin "Yaradıcı və Vizual İncəsənət İnstitutu"nun rəisi Sarat Çandra Civanın iştirakı ilə keçirilən bu festivalın ilk günündə iştirakçılara İran İslam İnqilabı, İran kinosunun tarixi, İran kinosunun inilqabdan sonrakı inkişafı, İranın ənənəvi musuqisi və musiqi alətləri və festivalda ekran edilən kinolar barədə məlumat verilib.