İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranlı kinorejissor Camal Şurcə Əlcəzairli Quran hafizi və Fransa işğalına qarşı mübarizə aparmış Əhməd bəy ibn Məhəmməd Şərif haqqında tarixi film çəkir.
İranlı kinorejissor Camal Şurcə Əlcəzairli Quran hafizi və Fransa işğalına qarşı mübarizə aparmış Əhmədbəy ibn Məhəmməd Şərif haqqında tarixi film çəkir. Filmin çəkilişlərinə Əlcəzairin paytaxtında yerləşən “CADC” kino şəhərciyində start verilib.
Film Əhmədbəyin Fransa işğalçılarına qarşı apardığı mübarizə illərini özündə əks etdirəcək. Filmdə iranlı və əlcəzairli aktyorlar rol oynayırlar.
Qeyd edək ki, Əhməd bəy ibn Məhəmməd Şərif 1786-ci ildə Konstantin şəhərində doğulub və 1850-ci ildə vəfat edib. O, Əlcəzairin ərəb tayfalarının ən böyüklərindən olan İbn Qanə ailəsindədir, O, 12 yaşında Quranı əzbərləyib.
1826-ci ildə Konstantin şəhərinin son bəyi Əhməd bəy ibn Məhəmməd Şərif Fransa işğalçılarına qarşı mübarizə aparmış və Konstantin Əlcəzairdə fransızlara qarşı ən uzun müddət müqavimət aparan şəhər olub.
Cari həftədə Əlcəzayirin mədəniyyət naziri İzuddin Meyhubi, İran İslam Respublikasının Əlcəzayirdəki Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Seyid Əbdüləmir Musəvi Bədr, filmin rejissoru Camal Şurçə, filmin texniki rəhbəri Məcid Mirfəxrayi, çəkiliş qrupunun rəhbəri Turəc Mənsuri və filmin senari müəllifi Səmirə Hac Cilani filmin çəkildiyi məkanda olublar.
Qeyd edək ki, filmin qəhramanı Əhmədbəy ibn Məhəmməd Şərif Quran hafizi olub. O, Osmanlı imperiyası zamanında Əlcəzayirin Konstantin şəhərinin hakimi olub. Həmin illərdə fransızlara qarşı mübarizə aparıb. Filmin çəkilişində İran və Əlcəzayir incəsənətçiləri həmkarlıq edirlər.