IQNA

İslamı Başqırdıstana iranlı mübəlliğlər gətirib

18:44 - September 05, 2018
Xəbər sayı: 3483795
İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatı rəisi Əbuzər İbrahim Türkəmani “Rusiyada İran mədəniyyəti günləri” mərasiminin açılışı ilə əlaqədar Rusiyanın Moskva və Ufa şəhərlərində səfərdə olub.

İslamı Başqırdıstana iranlı mübəlliğlər gətiribİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi Əbuzər İbrahim Türkəmani “Rusiyada İran mədəniyyəti günləri” mərasiminin açılışı ilə əlaqədar Rusiyanın Moskva və Ufa şəhərlərində səfərdə olub.  

İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi Əbuzər İbrahim Türkəmani Başqırdıstan prezidenti ilə görüşdə iki ölkə arasındakı mədəni bağlılıqlara işarə edərək dedi: İran və Başqırdıstanın müştərək cəhətləri çoxdur, bir çox milli adət və ənənələri birdir. Buna görə də iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi hər iki ölkə üçün faydalıdır.   

Türkəmani bu ölkədə sufilərin aktiv fəaliyyətlərinə işarə edərək əlavə etdi: Sufi təlimləri başqırd millətinin lətif və incə ruha malik olmasında təsirsiz ötüşməmişdir. Sufilərin də ən mühüm əsərləri Fars dilində yazılmışdır. Biz elə bu mövzuda müştərək konfranslar təşkil edə və radikalizmlə mübarizə apara bilərik. Çünki sufilik məhəbbət üzərində qurulmuşdur və sufiliyə diqqətin yönəlməsi radikalizmin qarşısını ala bilər.

Türkəmanı çıxışının davamında iki ölkənin incəsənət, musiqi, kino, teatr, kitabxana, muzey, kitab çapı və elmi sahələrdə faydalı əlaqələri üçün imkanların mövcudluğundan danışaraq Başqırdıstan dövlətini bu sahədə həmkarlığa dəvət etdi.

Rusiya federasiyasının Başqırdıstan respublikasının prezidenti Rüstəm Həmidov İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi Əbuzər İbrahim Türkəmani ilə Ufa şəhərindəki görüşündə Başqırdların iranlılar ilə dil və din baxımından yaxınlığına işarə edərək dedi: İslam dini iranlı din təbliğçilərinin vasitəsi ilə Başqırdıstana gətirilib, buna görə də Başqırd dilində Fars dili mənşəli sözlər çoxdur.

Həmidov iki ölkə arasındakı hərtərəfli əlaqələrə, xüsusi ilə də mədəniyyət əlaqələrinə işarə edərək əlavə etdi: Mədəniyyət insan şəxsiyyət və kimlik verir. Bəşər cəmiyyətində iqtisadi məsələləri mədəni məsələlərdən sonra yer alır.  

مبلغان ایرانی؛ واسطه ورود اسلام به باشقیرستان

Həmidov bu görüşdə İran və Başqırdıstan elm ocaqları arasındakı əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edərək Xəyyamın rübailərinin başqırdıstanlı məşhur şair Rəibiyev tərəfindən tərcümə edildiyini və çapa hazırlandığını xəbər verdi və həmçinin İran incəsənət adamlarını 2020-ci ildə Başqırdıstanda 80 ölkənin iştirakı ilə keçiriləcək Beynəlxalq Folklor Festivalına dəvət etdi.

Görüşün sonunda İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi Əbuzər İbrahim Türkəmani üzərində Başqırdıstanın milli qəhrəmanının şəkili işlənmiş xalça tablonu Həmidova hədiyyə etdi.

http://iqna.ir/fa/news/3744406

captcha