IQNA

Məhərrəm ayında sosial şəbəkələr üçün yeni həştəq açıqlanıb

21:52 - September 06, 2018
Xəbər sayı: 3483798
Rəqəmsal Media üzrə İmam Hüseyn Fondu yeni həştəqi açıqlayıb. #LoyaltyToHussain formasında müəyyən edilmiş həştəq "Hüseynə sadiqlik" mənasını daşıyır.

Məhərrəm ayında sosial şəbəkələr üçün yeni həştəq açıqlanıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, rəqəmsal media üzrə İmam Hüseyn (ə) Fondu yeni həştəqi açıqlayıb. #LoyaltyToHussain formasında müəyyən edilmiş həştəq "Hüseynə sadiqlik" mənasını daşıyır.

Maide.Az "kerbela.info"-a istinadən bildiri ki, Sosial Media Bölümünün sədri Əli Mövcudun sözlərinə görə, həştəqin məqsədi İmam Hüseynin (ə) prinsiplərinin əxlaqi, təhsil, sosial və dini aspektləri barədə məlumatlılığı atırmaqdır.
 
O, əlavə edib ki, bu həştəqi elan etməklə Fondun hədəfi İmam Hüseynə (ə) sözdə və əməldə əza saxlayan daha sağlam bir cəmiyyət üçün bəzi insanların sosial və əxlaqi çatışmazlıqlarını aradan aparmaqdır.
 
Ə.Mövcud sosial şəbəkələrdə fəaliyyət göstərən blogger və fəallara çağırış edərək həştəqi dəstəkləməyə və İmam Hüseynin (ə) mesajlarını hər kəsə çatdırmaq üçün bu həştəqi mümkün olduğu qədər daha çox yayılmasına kömək etməyə dəvət edib.
 
captcha