İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq xalqı hər il bu ölkədə yaşayan Əhli-Beyt imamlarının (ə) müqəddəs hərəmlərini qaraya bürüyərək Məhərrəmlik ayını qarşılayırlar.
İraqlılar Nəcəf, Kərbəla, Kazimeyn və Samerra şəhərlərində imamların müqəddəs ziyarətgahlarının divarlarına qara parça çəkir, minarə və günbəzlərdən qara bayraqlar asırlar.
İraqın hər yerindən və xarici ölkələrdən müsəlmanlar və Əhli-Beyt (ə) aşiqləri əzadarlıq günlərinin başlaması ilə Həzrət İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) hərəmlərini ziyarət edirlər.
Bu il də iraqlılar ölkənin dini və mədəni şəxsiyyətlərinin iştirakı ilə hərəmlərin qırmızı bayraqlarının qara ilə dəyişdirilməsi mərasimində iştirak etdilər. Bu mərasim cari həftənin birinci günü, 10 Sentyabr 2018-ci il, Həzrət İmam Əli (ə), Həzrət İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmlərində keçirilib.
http://iqna.ir/fa/news/3745840