İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əş-şərq” informasiya portalına istinadla verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Fars Körfəzi sahillərində yerləşən Rə`sul-Xeymə şəhərinin Qurani-Kərim yarışlarının qeydiyyatı cari həftənin bazar günü (16 Sentyabr 2018) başlayır.
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) “Rəs`ul-Xeymə mükafatı Qurani-Kərim” yarışlarının keçirilməsi komitəsi və Quran-Elmləri müəssisəsinin rəisi Əhməd Məhəmməd Şəhhi bu barədə xəbər verərək BƏƏ-nin bütün Quran müəssisələri və Quran hifzi kurslarının məsullarından istəyib ki, şagirləri bu yarışlarda iştirak etmək üçün təşviq etsinlər.
“Rəs`ul-Xeymə mükafatı Qurani-Kərim” yarışlarının keçirilməsi komitəsi və Quran-Elmləri müəssisəsinin rəisi Əhməd Məhəmməd Şəhhi həmçinin bildirib ki, yarışlarda iştirak etmək istəyənlər cari həftənin bazar günü yaşadıqları rayonlarda yerləşən Quran təlimi mərkəzlərinə müraciət edə bilərlər.
O əlavə edib: “Rə`sul-Xeymə mükafatı” Quran yarışlarının 19-cu turunda yarışlara “ən yaxşı Qurani tədqiqat” bölməsi də artırılıb. Bu da cəmiyyətdə Quran sahəsində tədqiqatlara və yeni elmi ixtiralara maraq yaratmaq üçündür.