IQNA

Türkiyədə eşitməyənlər üçün Quran yarışları keçirilib

11:53 - September 14, 2018
Xəbər sayı: 3483854
Türkiyənin Diyarbəkr şəhərində eşitməyənlər arasında Qurani-Kərimin tilavəti yarışları keçirilib. Yarış qadınlar və kişilər arasında olub.

Türkiyədə eşitməyənlər üçün Quran yarışları keçirilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyənin “millət qəzeti”nin informasiya portalına istinadla verdiyi xəbərə görə, Türkiyənin Diyarbəkr şəhərində eşitməyənlər arasında Qurani-Kərimin tilavəti yarışları keçirilib.

Türkiyə cümhuriyyətinin Dinayət İşləri Bakanlığının təşəbbüsü ilə keçirilən bu yarışlarda eşitməyən kişi və xanımlar iştirak ediblər.

Diyarbəkr şəhərinin evsahibliyi etdiyi Qurani-Kərim yarışlarına Sivas, Ərzurum, Alazığ, Qaziyantap və Şanlurfa əyalətlərindən iştirakçılar qatılıblar.

Yarışda iştirak edənlər Qurani-Kərimi tilavət etdikdən sonra işarə dili ilə hakimlərin suallarını da cavablandırıblar.

Bu yarışların qaliblərinə nəfis hədiyyələr və bütün iştirakçılara xatirə hədiyyəsi verilib.  

http://iqna.ir/fa/news/3746562

captcha