IQNA

Türkiyənin milli Quran yarışları başa çatdı

8:25 - September 18, 2018
Xəbər sayı: 3483889
Türkiyənin Dini İşlər Təşkilatının təşəbbüsü ilə Kahramanmaraş şəhərində kişilər arasında keçirilən milli Qurani-Kərim yarışları başa çatdı.

Türkiyənin milli Quran yarışları başa çatdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Dini İşlər Təşkilatının təşəbbüsü ilə Kahramanmaraş şəhərində kişilər arasında keçirilən milli Qurani-Kərim yarışları başa çatdı.

Türkiyənin “Quranın qiraəti və çapına nəzarət idarəsi”nin verdiyi məlumata görə, bu yarışların final mərhələsi keçən həftənin bazar günü, 16 Sentyabr 2018-ci il, öz işini yekunlaşdırıb.

Qurani-Kərimin qirəati yarışlarında Türkiyənin müəzzinləri (azançı) və bəzi məscidlərin camaat imamları da iştirak edib.

Türkiyənin 10 əyaləti üzrə region yarışları keçirilib. Yarışların regionlar üzrə keçirilən ilkin mərhələsində iştirak edənlər arasından 10 nəfər final mərhələsinə vəsiqə qazanıb.  

Yarışlarda birinci yeri Ənəs Kaput (İzmir), ikinci yeri Fateh Dölən (İstambul) və üçüncü yeri Yəhya Çelik (Bursa) qazanıb.

http://iqna.ir/fa/news/3747634   

captcha