IQNA

Bəhreyndə insan haqlarının pozulması beynəlxalq təşkilatları nigaran edir

9:34 - September 22, 2018
Xəbər sayı: 3483916
BMT-nin (Beynəlxalq Millətlər Təşkilatı) İnsan Hüquqları Şurasının 39-cu iclasında iştirak edən bəzi ölkələr Bəhreyndə insan haqalrının kobud şəkildə pozulmasında nigaran olduqlarını vurğulayıblar.

Bəhreyndə insan haqlarının pozulması beynəlxalq təşkilatları nigaran edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Beynəlxalq Millətlər Təşkilatı) İnsan Hüquqları Şurasının 39-cu iclasında iştirak edən bəzi ölkələr Bəhreyndə insan haqalrının kobud şəkildə pozulmasında nigaran olduqlarını vurğulayıblar.

Cari həftədə İsveçrənin Cenevrə şəhərində keçirilən iclasda İrlandiya, Norveç və Danimarkanın nümayəndələri Bəhreyndə mədəni cəmiyyətə və insan haqları müdafiəçilərinə edilən davamlı təzyiqlər barədə öz nigarançılıqlarını bildiriblər.

Bu ölkələrin nümayəndələri Bəhreyn dövlətindən söz azadlığı və ədaləti məhkəmə qanunlarına əməl etməsini tələb ediblər.

İclasda iştirak edən Norveç nümayəndəsi həm Səudiyyə Ərəbistanı və həm də Bəhreyn dövlətindən insanlar üçün rahat və azruolunan mühit yaratmalarını, insan haqları müdafiəçilərinə və kütləvi informasiya vasitələrinə azadlıq vermələrini istəyib.

Danimarkalı nümayəndə isə Bəhreyn hökumətindən siyasi məhbusların, xüsusi ilə də Xacə Əbdülhadinin azad edilməsini tələb edib.

Qeyd edək ki, BMT-nin (Beynəlxalq Millətlər Təşkilatı) İnsan Hüquqları Şurasının 39-cu iclası cari həftənin birinci günündən Cümə gününədək İsveçrənin Cenevrə şəhərində keçirilib.

http://iqna.ir/fa/news/3748643  

Teqlər: iqna ، bəhreyn ، İsveçrə ، bmt
captcha