IQNA

Pakistanlı qadın Kərbəlada Əhli-beyt məzhəbini qəbul edib

20:53 - September 25, 2018
Xəbər sayı: 3483944
O, jurnalistlərə müsahibəsində bu sözləri deyib: "Mən həmişə düşünürdüm ki, görəsən Kərbəlada nə var və İmam Hüseyn (ə) kim olub? Və həmişə Allahdan istəyirdim ki, mənə Kərbəlanı görməyi nəsib etsin".

Pakistanlı qadın Kərbəlada Əhli-beyt məzhəbini qəbul edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kərbəla şəhərində İmam Hüseynin (ə) pakistanlı zəvvarlarından olan Ərşad Kövsər adlı qadın Əhli-beyt məzhəbini qəbul edib.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, o, jurnalistlərə müsahibəsində bu sözləri deyib: "Mən həmişə düşünürdüm ki, görəsən Kərbəlada nə var və İmam Hüseyn (ə) kim olub? Və həmişə Allahdan istəyirdim ki, mənə Kərbəlanı görməyi nəsib etsin".

"Nəhayət Kərbəlaya gəldim. Aşura günü bir sıra leksiyalarda, əzadarlıq mərasimlərində iştirak etdim, müşahidələr apardım və nəticədə qərara aldım ki, şiə İslamını, yəni Əhli-beytin (ə) İslamını qəbul edim", - deyə Ərşad Kövsər açıqlamasında qeyd edib.

O əlavə edib ki, İmam Hüseyni (ə) ziyarət etmək insanın həyatını dəyişdirir, insana həqiqi Əhli-beyt sevgisini bəxş edir, Əhli-beyti qəbul etmək, onların yolu ilə getmək qurtuluşa aparan yeganə yoldur.

Ərşad Kövsər vurğulayıb ki, hər kəs həyatını İmam Hüseyn (ə) prinsipləri əsasında qursa idi, yer üzündə bir damla belə nahaq qan tökülməyəcəkdi.

captcha