IQNA

İran İsrailin gizlin nüvə silahı hazırladığını bəyan etdi

11:44 - September 28, 2018
Xəbər sayı: 3483962
Bu bəyanat işğalçı rejimin baş naziri Benyamin Netanyahunun Tehranda “atom anbarı”nı aşkar etdikləri barədə çıxışından sonra verilib. İran İsrail rejimini qanunsuz nüvə proqramından danışmağa çağırıb.

İran İsrailin gizlin nüvə silahı hazırladığını bəyan etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif İsrail rejiminin qanunsuz nüvə proqramından danışmağa çağırıb.  

Bu bəyanat işğalçı rejimin baş naziri Benyamin Netanyahunun Tehranda “atom anbarı”nı aşkar etdikləri barədə çıxışından sonra verilib.  

“Sənət və peşənin şousu bu faktı gizlədə bilməzi ki, İsrail rejimi bizim regionda gizli, qeydiyyata alınmayan nüvə proqramına və silahına sahibdir. İsrailin özünün qanunsuz nüvə proqramı barədə etiraf etmək və beynəlxalq müfəttişlərin yoxlamasına açmağın vaxtı çatıb”, - deyə Cavad Zərif Tvitter hesabında bildirib.

Xatırladaq ki, ötən gün İsrail rejimi baş naziri Benyamin Netanyahu BMT-nin Baş Asambleyasınında çıxışı zamanı Tehran ərazisində nüvə anbarının onların kəşfiyyat xidməti tərəfindən aşkar edildiyini bəyan edərək, dəmir darvazalı tikilinin fotoşəkillərini nümayiş etdirib.

Mənbə: http://eastnews.az/news/29221

captcha