IQNA

İndoneziyada sunami və zəlzələ yüzlərlə can aldı

17:10 - September 29, 2018
Xəbər sayı: 3483973
İndoneziyanın Sulavesi adalarında dəniz sahillərində istirahət və əyləncə ilə məşğul olan yüzlərlə insan gözlənilmədən böyük sunami dalğaları altında qalıblar.

İndoneziyada sunami və zəlzələ yüzlərlə can aldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyada baş verən zəlzələ və sunami hadisəsi nəticəsində indiyədək 484 nəfər həyatını itirmişdir.

İndoneziyanın Sulavesi adalarında dəniz sahillərində istirahət və əyləncə ilə məşğul olan yüzlərlə insan gözlənilmədən böyük sunami dalğaları altında qalıblar.

Palu şəhərində yay əyləncə festivalına toplaşan insanlar Günbatan çağı anidən 6 metr hündürlüyündə olan sunami dalğalarına düçar olaraq, həlak olublar.

İndoneziyanın fövqəladə hallar nazirliyinin sözçüsü mətbuat konfransında elan etdi: Sunami olacağı ehtimalı elan edildiyi zaman insanlar dəniz sahilini tez boşaltmadılar. Buna görə də 800 saat km.lə baş verən sunami çox sayda insanın həlak olmasına və rayondakı bina və tikililərin dağılmasına səbəb olub.    

http://iqna.ir/fa/news/3751139  

Teqlər: iqna ، sunami ، zəlzələ ، indoneziya
captcha