IQNA

Əfqanıstanda 9 ayda 3634 nəfər ölü və yaralı

22:59 - October 09, 2018
Xəbər sayı: 3484023
BMT son hesabatında bildirib ki, cari ilin keçən 9 ayı ərzində bu ölkədə 3 min 634 nəfər insan terror hücumları, intiharçı terrorçuların terror əməliyyatları nəticəsində yaralanmış və ya ölmüşdür.

Əfqanıstanda 9 ayda 3634 nəfər ölü və yaralıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  Əfqanıstandakı nümayəndiliyinin ofisi ən son hesabatında bildirib ki, cari ilin keçən 9 ayı ərzində bu ölkədə 3 min 634 nəfər insan terror hücumları, intiharçı terrorçuların terror əməliyyatları nəticəsində yaralanmış və ya ölmüşdür.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  hesabatında deyilir ki, keçən doqquz ay ərzində terror hücumları, intiharçı terrorçuların terror əməliyyatları və terror məqsədilə ilə basıdırılmış mina partlaması nəticəsində 1065 nəfər ölüb və 2569 nəfər yaralanmışdır.  

Həmçinin hesabatda qeyd edilir ki, Əfqanıstanda terror hadisələrinin qurbanları keçə il ilə nisbətdə bu il 46 faiz artmışdır.

Əfqanıstanda həyata keçirilən terror hadisələrində ölkəyə dəyən insani zərərlərin 52 faizi İŞİD terror qruplaşmasının və 40 faizi isə Taliban terror qurplaşmasının payına düşür.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  hesabatına görə, terror məqsədi ilə qurulmuş minaya düşərək zərərçəkənlərin sayı bu il keçən ilə nisbətən 21 faiz artmışdır.

 http://iqna.ir/fa/news/3753867

Teqlər: iqna ، bmt ، Əfqanistan
captcha