IQNA

Haaqada gecələr Quran tilavətinin fənləri təlim edilir

7:29 - October 15, 2018
Xəbər sayı: 3484056
Cənubi Hollandiyanın Haaqa şəhərinin "Kövsər Mədəniyyət Müəssisəsi" hər həftənin Cümə günü axşamlar Qurani-Kərimin tilavət qaydaları və təcvid hökmlərinin təlimi kurslarını təşkil edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Cənubi Hollandiyanın Haaqa şəhərinin "Kövsər Mədəniyyət Müəssisəsi" hər həftənin Cümə günü axşamlar Qurani-Kərimin tilavət qaydaları və təcvid hökmlərinin təlimi kurslarını təşkil edir.

Həftənin Cümə günləri axşam saatlarında Hollandiyanın Haaqa şəhərinin "Kövsər Mədəniyyət Müəssisəsi"nin nəzdində fəaliyyət göstərən Daqurl-Quranın təşəbbüsü ilə  təşkil olunan bu kursların hədəfi bu ölkədə yaşayan müsəlmanlara Qurani-Kərimin düzgün tilavəti üsullarını və təcvid qaydalarını öyrətməkdir.

Bu Quran dəsrləri hər həftənin Cümə günü, axşam saat 7:30-dan başlayır. Dərslərdə iştirak etmək hamı üçün azaddır və dəsrlər artıq keçən Cümə günündən (12 Oktyabr 2018-ci il) başlamışdır.

Həftədə bir dəfə keçirlən bu Quran kusrlarında Hollandiyada yaşayan məşhur qarilər Cəfər Bədri və Hac Əli Türəyhi tədris edirlər.

Cənubi Hollandiyanın Haaqa şəhərinin "Kövsər Mədəniyyət Müəssisəsi"nin Darul-Quranı 2014-cü ildə təsis edilmişdir.

http://iqna.ir/fa/news/3755664

captcha