IQNA

Türkiyədə gözdən əlillər üçün Quran akademiyası təsis ediləcək

9:45 - November 21, 2018
Xəbər sayı: 3484210
Türkiyənin Dini İşlər Nazirliyi gözdən əlillərə Qurani-Kərim akademik üslubla öyrədilməsi üçün lazım olan infrastruktura hazırlıqlarını görür.

Türkiyədə gözdən əlillər üçün Quran akademiyası təsis ediləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Dini İşlər Nazirliyi gözdən əlillərə Qurani-Kərim akademik üslubla öyrədilməsi üçün lazım olan infrastruktura hazırlıqlarını görür.

Bu barədə Qurani-Kərim xidmətləri birliyinin rəisi Səlahəddin Aydın məlumat verib. Onun dediklərinə görə, bu müəssisə gələcəkdə gözdən əlillər üçün akademik Quran təlimlərinin infrastrukturunu hazırlamaq barədə çarə yolları ardıncadır.  

Qurani-Kərim xidmətləri birliyinin rəisi Səlahəddin Aydın deyib: "Qurani-Kərim xidmətləri birliyi" indiyədək Qurani-Kərimi dəfələrlə "bril" əlifbası ilə çap etmiş və İngiltərə, Hindistan, Pakistan və sair ölkələrə göndərmişdir.

Səlahəddin Aydın əlavə edib: Gözdən əlil olanlar bir və ya iki həftə ərzində Bril əlifbası ilə oxumağı öyrənirlər.

O dedi: 1960-cı ildən Qurani-Kərim dünyada "bril" əlifbası ilə çap edilməyə başlayıb. Türkiyədə isə Qurani-Kərimin "bril" əlifbası ilə ilk dəfə səksəninci illərdən çap edilməyə başladı və Türkiyədə "bril" əlifbası ilk Quran nüsxəsi 1990-cı ildə çap və nəşr edildi.

Qeyd edək ki, Türkiyənin Qurani-Kərim xidmətləri birliyi 2014-cü ildə təsis edilmişdir və dünyanın 17 ölkəsində üzvi vardır.

http://iqna.ir/fa/news/3765497

captcha