IQNA

İslamın məhəbbət və vəhdət mesajı  unudulub

14:13 - November 25, 2018
Xəbər sayı: 3484234
Sevimli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) və imamət səmasının 6-cı ulduzu həzrət İmam Sadiqin (ə) mövlud günlərində Hindistanın 19-cu milli Qurani-Kərim yarışlarının yekun mərasimi də keçirilib.

İslamın məhəbbət və vəhdət mesajı  unudulubİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, əziz və sevimli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) və imamət səmasının 6-cı ulduzu həzrət İmam Sadiqin (ə) mövlud günlərində Hindistanın 19-cu milli Qurani-Kərim yarışlarının yekun mərasimi də keçirilib.

Yeni-Dehlidə İran İslam Respublikasının Mədəniyyət Mərkəzində keçirilən Hindistanın 19-cu milli Qurani-Kərim yarışlarının yekun mərasimində Quran hafizləri, Quran qariləri, ölkənin siyasi, ictimai və dini şəxsiyyətləri və İranlı qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən Əli Dehgahi (İİR-nin Mədəniyyət Mərkəzinin rəisi) dedi: İslam İnqilabının qələbəsindən sonra Rəbiul-Əvvəl ayının 12-dən 17-dək günləri İmam Xomeyni (r.ə) tərəfindən "vəhdət həftəsi" adlandırıldı. Biz də müsəlmanların daimi vəhdəti və birliyinin möhkəmlənməsi üçün son 19 il ərzində Qurani-Kərimin hifzi və qiraəti üzrə Hindistanda milli Quran yarışlarını təşkil etmişik.

O, Hindistanın milli Quran yarışlarının keçirilməsi prosesinə işarə edərək dedi: Bu yarışların 19-cu turu altı ay öncədən proqramlaşdırılmışdı. Yarışların regionlar üzrə olan mərhələsində Hindistanın 16 əyalətindən 250 nəfər hafiz və qari iştirak etdilər. Onlardan 116 nəfəri (37 nəfər hafiz və 79 nəfər qari) əsas mərhələ üçün seçildilər. Yarışların əsas mərhələsi Noyabr ayının 22-də başladı və 24-də sona çatdı.

Yekun mərasimində çıxış edən Məhəmməd Rəfiq Qasimi (Hindistanın İslami Cəmiyyət Təşkilatının baş katibi) İslam Peyğəmbərinin (s) məhəbbət və dostluq mesajı gətirdiyinə işarə edərək dedi: Bü gün müsəlmanların bəziləri Quran və İslamın göstərişlərinin əleyhinə hərəkət edirlər və Peyğəmbərin (s) bu mesajını görməzdən gəlirlər.

O əlavə etdi: İslam peyğəmbəri (s) bütün bəşəriyyət üçün rəhmətdir. Hidayət və xoşbəxtlik İslam dininə tabe olmaqdadır. Quranla nə qədər yaxın və mənus olsaq, bir o qədər də Allaha yaxınlaşmışıq.

Məhəmməd Rəfiq Qasimi çıxışının davamında dedi: Quran hidayət kitabıdır. Biz gərək tilavət və qiraətlə birlikdə həm də Quranı dərk etməyə çalışaq. Bu gün imperialist qüvvələr İslama zərbə vurmaq üçün səfərbər olublar. Peyğəmbər (s) İslamı Quranə əməl etməklə qorudu. Öz səhabələrini Quran tilavəti ilə yaxşı yola yönəltdi. Bizim peyğəmbərimiz (s) bütün dünyaya rəhmət və mehribanlıq mesajını gətirdiyi halda bu gün müsəlmanlar bir birini öldürürlər. Bu, Quran və sünnə ilə ziddir. Qurani-Kərim İslamın əvvəlində bir birinə kinə ilə dolu olan ürəkləri məlhəm etdi və bir-birinə mehribanlaşdırdı. Həmin kitab bu gün də bizim aramızdadır. Biz ondan bütün insanlar arasında qardaşlıq yaratmaq üçün istifadə etməliyik. Biz gərək Quran və Peyğəmbərimizin sifariş etdiyi məhəbbət yolu ilə vəhdət edək.   

http://iqna.ir/fa/news/3766881  

captcha