İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin cənubunda Lutin şəhəridə yaşayan 7 yaşlı uşaq Yusif Əsləm Qurani-Kərimi hifz edib.
Yusifin böyük bacısı Mariyə də iki il öncə Qurani-Kərimi 7 yaşında ikən əzbərləyə bilmiş və bu yolda qardaşına kömək etmişdi.
Yusifin anası ki, sosial şəbəkələr üzərindən övladlarına Quran öyrətmək istəyən analara kömək edir, bu barədə deyib: Bu mənim üçün bir röyadır. Heç vaxt təsəvvür etmirdim ki, Yusif az yaşda ikən Qurani-Kərimin hamısını əzbərləyəcək. Allah bizə lütf edib və rəhmətini göndərib.