IQNA

Kərbəlada İraq sənayesi üzrə ilk sərgi təşkil olunacaq

15:21 - December 06, 2018
Xəbər sayı: 3484295
Sərginin təşkilindən məqsəd İmam Hüseyn (ə) hərəminin özəl və dövlət sektorunun məqsədli əməkdaşlğına olan diqqəti və bu əməkdaşlığın davam etdirilməsinə zəmin yaratmaqdır.
Kərbəlada İraq sənayesi üzrə ilk sərgi təşkil olunacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində yerləşən Həzrət İmam Hüseyn (ə) müqəddəs ziyarətgahına bağlı Beynəlxalq Kərbəla Sərgi Təşkilatı  İraqda ilk sənaye sərgisini təşkil edir.
Həzrət İmam Hüseynin (ə) hərəminin rəmsi informasiya mərkəzinin məlumatına əsasən, 19-23 dekabr tarixində keçiriləcək sərgidə  İraq özəl və dövlət şirkətləri öz məhsullarını  təqdim edəcək.  
Sərginin təşkilindən məqsəd  İmam Hüseyn (ə) hərəminin  özəl və dövlət sektorunun  məqsədli əməkdaşlğına olan diqqəti və bu əməkdaşlığın  davam etdirilməsinə zəmin yaratmaqdır. 
Sərgidə İraqda istehsal olunan  müxtəlif növ sənaye  məhsulları o cümlədən  avtomobil,  süd məhsulları, dəri məmulatları,  yüngül və ağır sənaye məhsulları sərgilənəcək. 
 
Teqlər: iqna ، kərbəla ، sərgi ، sənaye
captcha