IQNA

Pakistanda Əhli-Sünnə müsəlmanlara qarşı terror hücumu

22:35 - December 09, 2018
Xəbər sayı: 3484315
Sind əyalətinin Karaçi şəhərində törədilən bu hadisədə terrorçu partlayıcı maddələrlə Peyğəmbərin (s)  mövlud günləri münasibəti ilə bayram şənliyi keçiriən Əhli-Sünnə müsəlmanlarına hücum edib.

Pakistanda Əhli-Sünnə müsəlmanlara qarşı terror hücumuİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən gecə, həftənin Şənbə günü, 8 Dekabr 2018-ci il, Pakistanın Karaçi şəhərində Əhli-Sünnə müsəlmanların toplantısına terror hücumu edilib. Bu terrorda altı nəfər yaralanıb.

Pakistanın Sind əyalətinin Karaçi şəhərinin "Gülüstan Cövər" rayonunda törədilən bu hadisədə terrorçu partlayıcı maddələrlə Peyğəmbərin (s)  mövlud günləri münasibəti ilə bayram şənliyi keçiriən Əhli-Sünnə müsəlmanlarına hücum edib.

Pakistanın "MQM" (Pakistanın Müttəhid Tayfarlar Hərəkatı) partiyasının təşkil etdiyi bu bayram şənliyində altı nəfəri yaralayan terroristlər hadisə yerindən qaçıblar.

Bu mərasimin xüsusi qonağı olan Pakistanın rabitə və texnologiya naziri Xalid Məqbul Siddiqi hadisə zamanı xəsarət almayıb.

Qeyd edək ki, Pakistanın Əhli-Sünnə müsəlmanları Rəbiul-Əvvəl ayının sonunadək mövlud mərasimləri keçirirlər. Bu mərasimlər həmişə təkfirçi və radikal terrorçular tərəfində hücuma məruz qalır.  

http://iqna.ir/fa/news/3770772

 

Teqlər: sind ، kəraçi ، pakistan ، terror
captcha